Backoffice Administratoru (Card Management System)/(System Developer)

İşin təsviri

Backoffice (Card Management System) Administratoru (System Developer) rolunun əsas məqsədi kart idarəetmə sistemlərinin fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etməkdir. Bu rol həm mövcud sistemlərin texniki dəstəklənməsi, həm də yeni funksionallıqların inkişaf etdirilməsini əhatə edir. Administrator digər texniki və biznes komandaları ilə əməkdaşlıq edərək kart məhsullarının effektiv idarə olunmasına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və sistemlərin daim təkmilləşdirilməsinə töhfə verir.

Öhdəliklər

  • Kart prosessinq sisteminin Backoffice modulunun idarə olunması və dəstəyi
  • Kart məhsulları və xidmətlərinin parametrlərinin sistemdə idarə edilməsi
  • Front və back-office sistemləri arasında məlumatların yüklənməsi və çıxarılmasının düzgünlüyünün monitorinqi
  • Kartın həyat dövrünün (emissiya, təkrar buraxılış, bloklama və s.) back-office səviyyəsində müşayiəti
  • Biznes bölmələrinin sorğularına əsasən məlumatların və parametrlərin dəyişdirilməsi
  • Backoffice modulunda baş verən insidentlərin təhlili və aradan qaldırılması
  • Venderlə dəstək və xətalar üzrə kommunikasiya
  • CMS məlumatları əsasında daxili və xarici istifadəçilər üçün hesabatların hazırlanması
  • Yeni CMS versiyalarının və funksional yeniləmələrin (istifadəçi/administrator səviyyəsində) test prosesində iştirak
  • Digər bank sistemləri ilə inteqrasiya və miqrasiya proseslərinin parametrləşdirilmə səviyyəsində dəstəyi

Tələblər

  • Kart prosessinq sistemlərində (CMS) administrator və ya təcrübəli istifadəçi kimi iş təcrübəsi
  • Bank kartının həyat dövrü və əsas prosessinq əməliyyatları barədə anlayış
  • Kart məhsullarının parametrlərinin və məlumat kitabçalarının idarə edilməsi bacarığı
  • SQL dilində oxuma və məlumat analiz səviyyəsində işləmə bacarığı (SELECT sorğuları)
  • Service Desk sistemlərində müraciət və insidentlərin işlənməsi təcrübəsi
  • Aşağıdakı sistemlərdə işləmə təcrübəsi üstünlükdür: TranzWare, TranzAxis, OpenWay, BPC, Tieto və s.

Üstünlüklər

  • İnkişaf imkanları;
  • Rəqabətli əmək haqqı və bonuslar;
  • Yüksək təminatlı sığorta;
  • Dəstəkləyici mühit;
  • Visa Premium əmək haqqı kartı;
  • Korporativ endirimlər;
  • Korporativ tədbirlər;
  • Əlavə məzuniyyət;
  • Güzəştli təhsil və işçi krediti.