İşin təsviri
Bank xidmətlərimizi daha geniş auditoriyaya çatdırmaq və müştəri təcrübəsini gücləndirmək məqsədilə Birbank tərəfindən yeni “Promouter” layihəsi həyata keçirilir. Layihə çərçivəsində motivasiyalı, ünsiyyət bacarıqları güclü və aktiv namizədlər axtarılır. Vakansiya üzrə seçilmiş namizədlər bankın əməkdaşlıq etdiyi rəsmi tərəfdaş şirkətlə əmək münasibətlərinə cəlb olunaraq, Birbank-ın satış strategiyasına uyğun fəaliyyət göstərəcək. Eyni zamanda müştərilərlə birbaşa təmasda olacaq və bank məhsullarının tanıtımında iştirak edəcəklər. Bu əməkdaşlıq modeli namizədlərə peşəkar satış bacarıqlarını inkişaf etdirmək və bank sahəsində dəyərli təcrübə qazanmaq imkanı yaradır.
Öhdəliklər
Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlər etmək və potensial müştərilərlə görüşlər təşkil etmək;
Bankın kredit və qeyri-kredit məhsullarını təbliğ etmək üçün müxtəlif mərkəzlərdəki məntəqələrdə fəaliyyət göstərmək;
Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərlə görüşlər keçirmək;
Potensial müştərilərə bank məhsulları barədə təqdimat keçirmək və müştəri tələbi formalaşdırmaq;
Bank məhsullarını əldə etmək istəyən potensial müştəriləri müəyyən etmək, ilkin təhlil və qiymətləndirilmə apararaq bankın filiallarına yönləndirmək;
Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsini ölçmək və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarını dəyərləndirmək;
Satış prosesi ilə bağlı müvafiq hesabatlar hazırlamaq.
Tələblər
Ali təhsil;
Məsuliyyətlilik;
Operativlik;
Qərar qəbul etmə bacarığı;
Kollektivdə işləmə bacarığı;
Yüksək səviyyədə ünsiyyət qurma bacarığı;
Microsoft Office proqramları üzrə biliklər arzuolunandır
Üstünlüklər
İnkişaf imkanları
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət