Data Transformation Analyst

İşin təsviri

Birbank – Azərbaycanın aparıcı rəqəmsal bankı – komandamıza Data Transformation Analyst axtarırıq. Bu rol, təşkilat daxilində Data Governance (məlumatların idarə olunması) çərçivəsinin tətbiqi və inkişaf etdirilməsi, biznes ehtiyaclarının məlumat əsaslı qarşılanması və məlumat keyfiyyətinin təmin olunmasında əsas rol oynayacaq.

Əsas vəzifələr:

  • Məlumat idarəetmə prosedurlarını təkmilləşdirmək və yeniləmək
  • Data Governance qaydalarına əməl olunmasına nəzarət
  • Məlumat keyfiyyəti, bütövlüyü, məxfiliyi və uyğunluğunu təmin etmək
  • Biznes komandaları ilə əməkdaşlıq edərək data tələblərini toplamaq
  • Data mühəndislərlə birlikdə data miqrasiyası proseslərini dəstəkləmək
  • Data analiz komandası ilə birgə işləyərək biznes ehtiyaclarını qarşılayan təhlillər aparmaq
  • Data lüğətini (data glossary) hazırlamaq və yeniləmək
  • Məlumatlarla bağlı problemlərin həllində iştirak etmək

Tələblər:

  • Minimum 3 il data management, data governance və ya data quality sahəsində təcrübə
  • Data Governance və Data Quality çərçivələri ilə tanışlıq
  • SQL bilikləri və data keyfiyyət alətləri ilə işləmə bacarığı
  • Analitik və texniki sənədləşdirmə bacarığı
  • Biznes və texniki komandalarla səmərəli əməkdaşlıq bacarığı
  • Ali təhsil (Biznes, Maliyyə, Kompüter elmləri və ya əlaqəli sahələr)
  • Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı

Təklif etdiklərimiz:

  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
  • Rəqabətli əməkhaqqı və bonuslar
  • Sığorta paketi
  • Əlavə məzuniyyət günləri
  • Visa Premium əməkhaqqı kartı
  • Korporativ endirimlər və tədbirlər
  • Təhsil və kredit güzəştləri
  • Port Baku Tower 2-də yeni və rahat ofis
  • Agile komandalar, güclü komanda ruhu və beynəlxalq əməkdaşlıq