İşin təsviri
Birbankın ekvayrinq strategiyasına uyğun olaraq sən partnyor portfelinin inkişafına dəstək göstərəcək, POS-terminal şəbəkəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində gündəlik tapşırıqları yerinə yetirəcəksən. Bu rolda sənə bazar məlumatlarının toplanması, partnyorlarla operativ ünsiyyətin qurulması, sorğuların cavablandırılması və kampaniyaların icrasında iştirak kimi vəzifələr həvalə olunacaq. Məqsədimiz nağdsız ödənişlərin daha geniş yayılmasına töhfə vermək və güclü partnyor ekosistemini birlikdə qurmaqdır.
Öhdəliklər
- Partnyorlara bankın ekvayrinq məhsulları və xidmətləri haqqında ətraflı, dolğun məlumat vermək;
- Mövcud partnyor bazasının idarə olunması, partnyor istəklərinin çevik icra olunması və ya aidiyyatı üzrə digər strukturlara yönləndirilməsi;
- Satış planlarının hazırlanması və icrası;
- Partnyorlarla danışıqların aparılması və müqavilələrin imzalanmasına nəzarət
- Partnyorlarla satışın artırılmasına yönəlik kampaniya modellərinin razılaşdırılması və tətbiqi;
- Portfel ilə bağlı aylıq və rüblük təhlillərin hazırlanması
- Bazarda yeniliklərin (trendlərin) müəyyən edilməsi və məhsula aid ideyaların verilməsi.
Tələblər
- Ali təhsil;
- Bankda korporativ və ekvayrinq məhsullarının satışı üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır);
- Ofis daxili və xaricində işləmək imkanı (ezamlar nəzərə alınmaqla);
- Kommunikasiya bacarıqlarının yüksək səviyyədə olması;
- Əla səviyyədə Azərbaycan dili biliyi, rus və ingilis dili isə üstünlükdür;
- Kompyuter biliyi: MS Office ilə işləmə bacarığı;
- Məsuliyyətlilik, dürüstlük və operativlik kimi keyfiyyətlər.
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti