Əməliyyat Risklərinin İdarəedilməsi şöbəsinin Baş Mütəxəssisi

İşin təsviri

Əməliyyat risklərin idarə edilməsi şöbəsinin üzvü olaraq siz Birbankda əməliyyat risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və azaldılmasına dəstək verəcəksiniz və bankın əməliyyat risklərin idarəedilməsi metodologiyasına uyğun olaraq tövsiyyələrinizi verəcəksiniz.

Tələblər

  • Təhsil pilləsi: Bakalavr dərəcəsi (İqtisadiyyat və ya maliyyə ixtisası üzrə);
  • Bank sektorunda ən azı 4 il, funksiya üzrə 2 il təcrübə;
  • Microsoft Excel, Word, Outlook üzrə biliklər;
  • Azərbaycan dili (ana dili səviyyəsində), İngilis dili bilikləri arzuolunandır;
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması üstünlük hesab edilir.
Öhdəliklər
  • Əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi işində iştirak edir;
  • Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərində iştirak edir;
  • Yaradılan yeni məhsul, xidmət, proseslər, motivasiya sistemləri həmçinin mövcud məhsul, xidmət,proseslər və motivasiya sistemləri üzərində dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir;
  • Bankda yazılan yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklər üzrə əməliyyat risklərinin müəyyən olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı rəy verir;
  • Şöbəyə cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və əməliyyat risklərinin idarə edilməsi sahəsində onlarla birgə fəaliyyət göstərir;
  • Əmək müqaviləsi, çalışdığı strukturun əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir;
Təklif olunanlar

İnkişaf imkanları

Rəqabətli əmək haqqı və bonuslar

Yüksək təminatlı sığorta

Dəstəkləyici mühit

Visa Premium əmək haqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət

Güzəştli təhsil və işçi kredit

Haqqımızda

Biz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır.

Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.