Hüquq Departamentinin Arxiv Şöbəsi üzrə Mütəxəssisi

Bu gün

İşin təsviri

Birbank hüquq departamentinin arxiv şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün detallara qarşı diqqətli, problemlərin həllinə köməklik edən, təşəbbüskar namizəd axtarırıq. Qanunvericilik normalarına riayət etmək və bankdaxili işlərin prosedur qaydalarına əsasən təşkil etmək əsas məqsədimizdir.

Tələblər

  • Bankçılıq sahəsi üzrə ümumi biliklərə malik olmaq
  • Sürətli öyrənmə qabiliyyəti, analitik düşüncə və problemlərin həlli istiqamətində effektiv yanaşma nümayiş etdirmək
  • Detallara yüksək diqqət, dəqiqlik və təcili işlərə operativ yanaşma bacarığı
  • Ali təhsil
  • MS Office proqramlarında (Word, Excel) və internet resursları ilə işləmə bacarığı
  • Yaradıcılıq, təşəbbüskarlıq, məsuliyyətlilik və özünü inkişaf etdirməyə açıq olmaq
Öhdəliklər
  • Bankdaxili korporativ aktlarla müəyyənləşdirilmiş qaydada Bankın İdarəetmə orqanları, struktur bölmələr, yerli struktur bölmələr və/və ya vəzifəli şəxslərindən icra olunmuş sənədləri akt əsasında təhvil alır.
  • Arxiv şöbəsinə təhvil verilməli olan qovluq və bağlamaların Arxiv işinin aparılması haqqında prosedurun tələblərinə uyğunluğunu yoxlayır və aidiyyəti üzrə stelajlara yığır
  • Ehtiyac yarandıqda Arxivə təhvil verilmiş sənədləri tarix və aidiyyəti üzrə qruplaşdırır, qovluqlara yerləşdirir və reyestrini tərtib edir
  • Bəzi arxiv sənədlərini elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirir və sorğu verən idarəetmə orqanına, struktur bölməyə, yerli struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron poçt vasitəsi ilə göndərir
  • Təhvil alınmış sənədlərin təhvil-təslim aktlarının elektron reyestrini təşkil edir və bankın şəbəkə qovluğunda həmin aktların saxlanmasını təmin edir
  • Saxlanma müddəti başa çatmış sənədləri ayırır və bu barədə müvafiq akt tərtib edir
  • Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan sənədləri müvəqqəti istifadə üçün sorğu edən şəxslərə təhvil verilməsini təmin edir
Təklif olunanlar
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
Haqqımızda

Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır.

Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir.

Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır.

Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir.

Burada işləmək geniş fürsətlərə malik Bir ekosistemində böyümək deməkdir. Fərqli sahələr, müxtəlif məhsullar və tükənməyən öyrənmə imkanları potensialınızı üzə çıxarmağa və karyeranızı inkişaf etdirməyə şərait yaradır.