Hüquq departamentinin Korporativ hüquq və korporativ idarəetməyə hüquqi dəstək şöbəsinin aparıcı hüquqşünası

14 Noyabr 2025

İşin təsviri

  • Ali təhsil (hüquq istiqaməti üzrə);
  • Hüquq istiqaməti üzrə minimum 2–3 il iş təcrübəsi (Bank,fintech sektorunda təcrübə üstünlükdür);
  • MS Office bilikləri (Outlook,Excel,Word ilə iş bacarığı);
  • Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili və rus dili arzuolunandır.
Öhdəliklər

Bank fəaliyyəti ilə əlaqədar qəbul olunmuş hüquqi aktlar, habelə onlara edilmiş dəyişikliklər barədə Bankın müvafiq struktur bölmələrini məlumatlandırır;

Bankın törəmə müəssisələri, habelə digər aidiyyəti şəxslərlə işin aparılmasını təşkil edir, oların qanuni mənafelərinin qorunmasını təmin edir;

Daxili qayda və sənədlərin (qaydalar, prosedurlar, təlimatlar və s.) hüquqi ekspertizasını həyata keçirmək, hüquqi rəy bildirmək

Şöbənin səlahiyyətinə aid olan məsələlər üzrə dövlət orqanlarından Banka daxil olan sorğu və müraciətlərə baxaraq qanunvericiliyə uyğun cavablar hazırlanması məqsədilə aidiyyəti struktur bölmələrə hüquqi dəstək verir;

Bankın struktur bölmələrinin yazılı/şifahi sorğularına əsasən praktiki işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərini verir, onları qüvvədə olan qanunvericilik və onun tətbiqi üzrə lazımi materiallarla təmin edir.

Təklif olunanlar

İnkişaf imkanları

Rəqabətli əmək haqqı və bonuslar

Yüksək təminatlı sığorta

Dəstəkləyici mühit

Visa Premium əmək haqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət

Güzəştli təhsil və işçi krediti