İnformasiya Təhlükəsizliyi Departamentinin Kibertəhlükəsizlik Tədqiqat və İnkişaf

İşin təsviri

Birbanka məxsus olan kompüter sistemlərinin təhlükəsizliyini təmin etmək üçün CI/CD-nin mərhələlərində təhlükəsizliyi təmin edəcək, tətbiqin mənbə kodunun təhlükəsizlik təhlilini aparacaq, nüfuzetmə testlərini həyata keçirəcək namizəd axtarırıq.

Öhdəliklər

  • Kibertəhlükələrin və zəifliklərin müəyyənləşdirilməsi;
  • Təhlükəsizlik zəifliklərinin aşkarlanması üçün avtomatlaşdırılmış və əl üsulu testlərin aparılması;
  • Veb və mobil tətbiqlər üçün nüfuzetmə testlərinin (penetration testing) aparılması;
  • API təhlükəsizliyinin və mobil tətbiqlərin arxitekturasının yoxlanılması;
  • WAF, IDS/IPS sistemlərinin yan keçilməsi üçün metodologiyaların tətbiqi edilməsi;
  • Təhlükəsizlik tədbirlərinin inkişaf etdirilməsi üçün şirkət daxili komandalara dəstək verilməsi;
  • Yeni təhlükəsizlik trend və texnikalarının araşdırılaraq tətbiq edilməsi.

Tələblər

  • Təhsil: İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsinə sahib olmaq;
  • Kibertəhlükəsizlik sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Komandada işləmə bacarığı;
  • İstənilən Linux ƏS paylanması ilə əsas təcrübəyə malik olmaq;
  • Virtuallaşdırma texnologiyaları ilə əsas təcrübəyə malik olmaq;
  • Lisenziya/Sertifikat: OSCP, OSWE, CEH üstünlüyünüzdür;
  • Xarici dil: ingilis dilini orta səviyyədə bilmək;
  • Məhsul biliyi: Kali OS, Burp Suite, WireShark, Metasploit üstünlüyünüzdür.

Üstünlüklər

İnkişaf imkanları

Rəqabətli əmək haqqı və bonuslar

Yüksək təminatlı sığorta

Dəstəkləyici mühit

Visa Premium əmək haqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət

Güzəştli təhsil və işçi krediti