Korporativ Katiblik Şöbəsinin Sənədlərin Qeydiyyatı və Dövriyyəsi Bölməsinin Təcrübəçisi

İşin təsviri

Birbankda sənədlərin qeydiyyatını icra edəcək, dövriyyəsini planlaşdıracaq və sənədlərlə çalışa biləcək, bankdaxili biznes prosesləri üzrə təsəvvürə malik olan namizədlər axtarışındayıq.

  • Ali təhsil;
  • Bankçılıq sahəsi haqqında ilkin anlayış;
  • Azərbaycan dilində səlis yazı və danışıq qabiliyyəti;
  • Rus dili mütləqdir, ingilis dili arzuolunandır;
  • Diqqətlilik və dəqiqlik;
  • Təşəbbüskarlıq və məsuliyyətlilik qabiliyyəti;
  • Microsoft Word, Excel və internetdə işləmə bacarığı.

  • Daxil olmuş xidməti sənədləri və digər korrespondensiyaları qəbul edir;
  • Zərflərin və ya bağlamaların salamatlığını müəyyənləşdirir;
  • Zərf açılarkən sənədlərin çatışmadığı, zədələndiyi, nömrələrin zərfin üstündə göstərilən nömrələrə uyğun gəlmədiyi, əməkdaşın adının səhv, yaxud natamam yazıldığı, həmçinin bu tipli digər problemlər aşkar edilərsə aidiyyatı üzrə araşdırır;
  • Bankın filiallarından, digər təşkilatlardan, həmçinin vətəndaşlardan daxil olmuş və göndərilən sənədlərin qeydiyyatını aparır, sənədləri çatdırılması üçün şöbənin digər əməkdaşına təhvil verir;
  • Telefon zənglərinə cavab verir, əməkdaşlara müvafiq dəstək göstərir;
  • Banka gələn qonaqları qarşılayır, şəxsiyyət vəsiqələrini qəbul edərək qeydiyyatdan keçirir və qonaqları aidiyyəti üzrə yönləndirir;
  • Banka gələn müştəriləri dinləyir və aidiyyatı üzrə yönləndirir.