İşin təsviri
Performans QA İntern rolu performans testlərinin planlanması, icrası və təhlilinə dəstək verməyi əhatə edir. Bu rolda Java əsasında test skriptlərinin hazırlanması, performans alətləri ilə işləmə, həmçinin gecikmə, throughput, CPU və yaddaş istifadəsi kimi metriklərin izlənməsi və analiz edilməsi əsas tələblər sırasındadır.
Tələblər
- Rus və ya İngilis dillərindən birini minimum B2 səviyyəsində bilmək.
- Java proqramlaşdırma dilini bilmək (OOP prinsiplərini anlamaq və sadə kod yaza bilmək).
- Proqram təminatının inkişafı (SDLC), test həyat dövrü (STLC) və ümumi QA prosesi haqqında əsas biliklərə malik olmaq.
- Client-Server arxitekturasının əsaslarını anlamaq.
- Yüksək öyrənmə potensialı, detallara diqqət və Load/Performans QA istiqamətində inkişaf etməyə motivasiya.
Öhdəliklər
- Load və performans testləri üzrə metodologiyaları öyrənmək və tətbiq etmək.
- Java əsasında (Gatling və ya oxşar alətlərdən istifadə etməklə) test skriptləri və ssenarilərinin hazırlanması, dəstəklənməsi və icrasında iştirak etmək.
- Performans göstəricilərinin (CPU, RAM, gecikmə, throughput və s.) toplanması, təhlili və interpretasiyası.
- Test nəticələrinin müzakirəsi və optimallaşdırma təkliflərinin hazırlanması üçün inkişaf komandaları ilə sıx əməkdaşlıq etmək.
- Performans və məhsuldarlıqla bağlı hesabatların hazırlanması.
Təklif olunanlar
- Peşəkar inkişaf və karyera artımı üçün imkanlar
- Dəstəkləyici və rahat iş mühiti
- Port Baku Tower 2-də yeni və komfortlu studio ofis
- Agile prinsipləri ilə güclü komanda işi, müntəzəm teambuilding-lər və tematik tədbirlər
- Xarici həmkarlarla çoxmədəniyyətli mühit və təcrübə mübadiləsi
Haqqımızda
Biz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır.
Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.