Loyallıq partnyorları ilə iş şöbəsində təcrübə proqramı

İşin təsviri

Ekosistemin partnyor şəbəkəsi departamentinin fəaliyyətinin təkminləşməsi və “Birbonus” layihəsinin uğurlu icrası üçün aktiv və ünsiyyət bacarığları yüksək olan təcrübəçilər axtarırıq.

Öhdəliklər

“Birbonus” məhsulunu partnyor mağazalarda və iri mağaza şəbəkələrində müştərilərə təqdim etmək və “Birbonus” barkodunun istifadəsini təşviq etmək və aktiv istifadəyə yönəltmək;

Müştərilərə məhsul barədə aydın və inandırıcı məlumat vermək, qeydiyyat prosesini icra etmək və satışla nəticələndirmək.

Tələblər

  • Ali təhsil;
  • Yüksək səviyyədə kommunikasiya və təqdimat bacarıqları;
  • Satış sahəsində təcrübə arzuolunandır;
  • Məsuliyyətlilik, dürüstlük və operativlik kimi keyfiyyətlər.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Dəstəkləyici mühit