İşin təsviri
Birbankın kollektivində Daxili mühasibatlıq şöbəsinə aparıcı mütəxəssis axtarışındayıq. Biz müştərilərimizlə mehriban, başadüşülən və səmimi üslubda danışmağı, xidmət və məhsullarımızın isə hər bir azərbaycanlı üçün başadüşülən olmağını istəyirik. Bankın müştərilər tərəfindən soyuq, anlaşılmaz bir qurum deyil, etibarlı, dürüst və sevimli bir həmsöhbət kimi qəbul edilməsi bizim üçün vacibdir.
Öhdəliklər
- Əsas vəsaitlərin və azqiymətlilərin uçotunun aparılması,
- Vergi öhdəliklərinin hesablanmasına nəzarət edilməsi;
- Bankın daxili mühasibatlıq əməliyyatlarının (gəlir və xərc uçotu, daxili hesablaşmalar, bölmələrarası əməliyyatlar) düzgün və vaxtında aparılmasını təmin etmək;
- Mühasibatlıq siyasət və prosedurlarına uyğunluğun təmin olunması ;
- Şöbədaxili və bölmələrarası maliyyə proseslərinin avtomatlaşdırılması və təkmilləşdirilməsi üzrə təkliflər vermək
Tələblər
- Mühasibatlıq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Mühasibat uçotu, vergi qanunveriliciyi və əsas vəsaitlərin uçotu üzrə biliklər;
- Microsoft Excel və digər maliyyə hesabat sistemlərində yüksək səviyyədə işləmək bacarığı ;
- Analitik düşüncə, detallara diqqət, güclü təşkilatçılıq bacarığı;
- Dəqiq və etibarlı işləmə qabiliyyətinə sahib olmaq;
- ACCA və ya digər beynəlxalq mühasibat sertifikatları olan namizədlərə üstünlük veriləcək.
Üstünlüklər
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi kredit