Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin Requlyativ hesabatlıq şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

İşin təsviri

  • Müvafiq sahədə bank təcrübəsi;
  • Təhlil və hesabat tərtib etmə bacarığı;
  • SQL bilikləri və məlumat bazaları ilə işləmək bacarığı arzuolunandır;
  • İri həcmli data ilə işləmək bacarığı;
  • Analitik düşüncə, məsuliyyətlilik və dəqiqlik;
  • ACCA və ya digər beynəlxalq mühasibatlıq sertifikatları üstünlük hesab olunacaq.
Öhdəliklər
  • Azərbaycan Respublikasının Mərkəzi Bankına gündəlik və aylıq hesabatların hazırlanması;
  • Requlyativ tələblərə uyğun olaraq maliyyə məlumatlarının toplanması, təhlili və hazırlanması, tənzimləyici orqanlara dəqiq və vaxtında təqdim edilməsi;
  • Maliyyə hesabatlarının keyfiyyətinə nəzarət: təqdim olunan məlumatların düzgün, tam və tələblərə uyğun olmasını təmin etmək, bütövlüyünü qorumaq üçün müvafiq nəzarət və prosedurlara riayət etmək;
  • Maliyyə proseslərinin optimallaşdırılması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
Təklif olunanlar

İnkişaf imkanları

Rəqabətli əmək haqqı və bonuslar

Yüksək təminatlı sığorta

Dəstəkləyici mühit

Visa Premium əmək haqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət

Güzəştli təhsil və işçi kredit