İşin təsviri
- Ali təhsil;
- Səlis azərbaycan dili (rus dili və ingilis dili arzuolunandır);
- Microsoft Office proqramları üzrə biliklər;
- Online satış və mikro satışlar üzrə biliklər arzuolunandır;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Təzyiq altında işləmə qabiliyyəti;
- Qərar qəbul etmə bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Müştərilərlə ünsiyyət qurma qabiliyyəti.
Öhdəliklər
Bankın bazasında olan sahibkar müştərilərə kredit və qeyri-kredit məhsullarının satışı məqsədilə zənglər edir;
Bankın bazasında olan sahibkar müştərilərə kredit və qeyri-kredit məhsullarının məsafədən rəsmiləşdirməsini edir;
Bankın bazasında olan müştərilərə kredit və qeyri-kredit məhsullarından istifadə qaydalarını izah edir;
Banka internet resursları, sosial şəbəkə, sms və ya hər hansı digər vasitə ilə daxil olan müştəri müraciətlərini qəbul edərək əlaqəni təmin edir və onları məlumatlandırır;
Zəng etmiş və bank məhsullarından yararlanmaq niyyətini bildirmiş, lakin filiala müraciət etməmiş müştərilərlə yenidən əlaqə yaradır və təkrar görüş təyin edir.
Təklif olunanlar
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi kredit