Nəzarət Departamentinin Biznes Kreditlərinin Monitorinqi Şöbəsinin Aparıcı Mütəxəssisi

İşin təsviri

Vakansiya haqqında

Birbankın Biznes kreditlərinin monitorinqi şöbəsində çalışacaq, SQL vasitəsilə yeni və mövcud məhsul şərtlərinin icrasına nəzarətin təşkilini həyata keçirəcək aparıcı mütəxəssis axtarışındayıq!

Tələblər

  • Ali təhsil;
  • Bankda müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə SQL bilikləri;
  • Məlumat bazaları ilə işləmə qabiliyyəti;
  • Riyazi/statistik hesablama və analitik mühakimə etmə qabiliyyəti;
  • Yüksək səviyyədə kommunikasiya bacarıqları;
  • MS Office proqramları bilikləri.
Öhdəliklər
  • Yeni və mövcud məhsul şərtlərinin icrasına nəzarətin təşkil edilməsi (SME və Corp);
  • İcra etdiyi işlərin təkminləşdirilməsinə dair təkliflərin verilməsi;
  • Məhsullarla bağlı müxtəlif analitik hesabatların hazırlanması;
  • Erkən xəbərdarlıq sisteminin qurulması, izlənməsi və hesabatlılığın təşkil edilməsi;
  • Nəzarət mexanizimlərinin təşkili və izlənilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırılqarın icra edilməsi.
Təklif olunanlar
  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti
Haqqımızda

Biz Azərbaycanda ən çox müştəriyə rəqəmsal xidmətlər göstərən və trendləri təyin edən bankıq. Biznes və texnologiya həllərini ölkəmizdə ilk dəfə ekosistem şəklində təqdim edən Birbankda işləmək – dinamika, inkişaf və çeviklik deməkdir. Ofislərimizdən müzakirə səsləri əskik olmur. Bu müzakirələrin mövzuları müştərilərimizin ehtiyaclarını qarşılamaq üçün daha üstün məhsullar hazırlamaq və əməkdaşlarımız üçün hər gün daha yaxşı iş şəraiti yaratmağın doğru yollarını axtarmaqdır.

Birbank hədəflərin imkanlara qovuşduğu yerdir. Biz hər bir əməkdaşımız üçün böyük öyrənmə, inkişaf və karyera yüksəlişi imkanları, ən əsası isə ideyalarını reallaşdırmaq üçün unikal iş mühiti təklif edirik. Hədəfinizə yaxınlaşmaq üçün sizə də bankımızda öz yerinizi alın.