Pərakəndə Kreditlərin Monitorinqi Şöbəsinin Müdiri

İşin təsviri

Ali iqtisadi təhsil;

Bankda müvafiq sahədə ən azı 5 illik təcrübə;

MS Office proqramlarını (xüsusi ilə MS Excel) biliyi və işində istifadəni təmin etmək bacarığı;

Vahid komanda tərkibində işləmək və birgə nəticələrin əldə edilməsinə töhfə vermək bacarıqları;

Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;

Liderlik qabiliyyəti;

Güclü analitik düşüncə;

Kommunikasiya bacarıqları;

Azərbaycan dili (əla), ingilis dili (yüksək), rus dili (orta) bilikləri.

Öhdəliklər

Mikro kreditlərin planlı və növbədənkənar monitorinqlərinin səmərəli təşkilinə, icrasına və nəticələrinin təhlilinə rəhbərlik etmək;

Komandanın fəaliyyətinə nəzarət etmək, iş bölgüsünü təmin etmək və performansın qiymətləndirilməsini həyata keçirmək;

Mikro kredit portfelinin keyfiyyətinə, risk səviyyəsinə və geriödəmə göstəricilərinə nəzarət etmək, riskləri azaldan tədbirləri planlaşdırmaq;

Kreditləşmə proseslərinin Bankın daxili qayda və prosedurlarına uyğun icra olunmasını təmin etmək və bu istiqamətdə nəzarət mexanizmlərini gücləndirmək;

Monitorinqlər nəticəsində müəyyən edilən nöqsan və pozuntular üzrə aradan qaldırıcı tədbirlərin hazırlanmasına rəhbərlik etmək və icrasına nəzarət etmək;

Borcalanların ödəmə qabiliyyətinə təsir edən amillərin erkən mərhələdə aşkarlanmasını təmin etmək və risklərin idarə olunması üzrə təkliflər hazırlamaq;

Şöbənin hesabatlılıq sistemini formalaşdırmaq, monitorinq nəticələrinə dair rəhbərliyə analitik hesabatlar təqdim etmək;

Kredit siyasətinin və monitorinq strategiyasının təkmilləşdirilməsində iştirak etmək, yeni yanaşma və alətlərin tətbiqini təşviq etmək;

Komanda üzvlərinin peşəkar inkişafını dəstəkləmək və təlim ehtiyaclarını müəyyən etmək.

Təklif olunanlar

İnkişaf imkanları

Rəqabətli əmək haqqı və bonuslar

Yüksək təminatlı sığorta

Dəstəkləyici mühit

Visa Premium əmək haqqı kartı

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət

Güzəştli təhsil və işçi krediti