Satışın təşkili və texniki dəstək şöbəsinin Satışın təşkili və merçendayzinq bölməsinin baş mütəxəssisi

17 İyul 2025

İşin təsviri

Birbank-ın Ekosistem Partnyor Şəbəkəsinin Satışa təşkili və texniki dəstək şöbəsində sənədlərin düzgün idarə olunmasına, sənəd dövriyyəsinin vaxtında və qanunvericiliyə uyğun aparılmasına cavabdeh olan Baş Mütəxəssis axtarırıq. Biz sənədləşmə proseslərinin həm effektiv, həm də dəqiq təşkil edilməsini, bankdaxili və qanuni tələblərin hər zaman qorunmasını vacib sayırıq. Müraciətlərin vaxtında və tam şəkildə icrasını təmin etmək, sənədlərin məxfiliyinə ciddi nəzarət etmək və departamentlərarası əməkdaşlığı gücləndirmək bizim əsas prioritetlərimizdəndir. Bundan əlavə, proseslərin keyfiyyətini təmin etmək məqsədilə monitoring və yoxlama proseslərinin qurulması və davamlı nəzarətin həyata keçirilməsi əsas funksiyalarımızdandır. Proseslərdəki mümkün boşluqları vaxtında aşkar edib, təkmilləşdirilməsini təmin etmək də vəzifələrinizə daxildir. Əgər sənədlərlə işdə diqqətli, məsuliyyətli və təhlil bacarığı yüksək olan birisinizsə, çoxsaylı tapşırıqları operativ və düzgün şəkildə idarə etməyi bacarırsınızsa, siz bizim axtardığımız namizədsiniz.

Öhdəliklər

  • Bank ilə əməkdaşlıq müqavilələrinin və huquqi sənədlərin düzgün tərtibi, təsnifat və arxivləşdirilməsinə nəzarət;
  • Departamentdaxili sənəd dövriyyəsini və prosesləri koordinasiya etməkSənədlərin məxfiliyini qorumaq və müvafiq qanunvericilik tələblərinə və bankdaxili qaydalara uyğun olaraq hərəkətinə nəzarət etmək;
  • Bankdaxili sənəd dövriyyəsi sistemində işləmək və proseslərin vaxtında icrasını izləmək;
  • Departamentə daxil olan müraciətlərin koordinasiyasını və icrasını təmin etmək;
  • Nəzarət və hesabatlılıq məqsədilə müvafiq qeydiyyat və statistik məlumatları aparmaq;
  • Monitorinq və yoxlama proseslərinin qurulması ve nəzarətBankdaxili proseslərin koordinasiyası və inteqrasiyası;
  • Müqavilə və sənəd dövriyyəsinin təşkili və idarə edilməsiProsesdəki boşluqların müəyyən edilməsi və təkmilləşdirilməsi;
  • Bankdaxili strukturlarla effektiv hüquqi əməkdaşlığın qurulması.

Tələblər

  • Ali təhsil;
  • Bank sənədlərinin saxlanılması və arxivləşdirilməsi ilə bağlı qanunvericilik aktları ilə bağlı məlumatlara;
  • Elektron sənədləşmə sistemlərindən istifadə bacarığına;
  • Prioritetləri düzgün müəyyənləşdirmək bacarığına;
  • Yüksək səviyyədə kommunikasiya bacarığına;
  • Kompyuter biliyi: MS Office ilə işləmə bacarığına;
  • Məsuliyyətlilik, dürüstlük və operativlik kimi keyfiyyətlərə;
  • Müstəqil və komandada işləmə qabiliyyətinə;
  • Təhlil etmə bacarığına sahib olmaq.

Üstünlüklər

  • İnkişaf imkanları
  • Rəqabətli əmək haqqı və bonuslar
  • Yüksək təminatlı sığorta
  • Dəstəkləyici mühit
  • Visa Premium əmək haqqı kartı
  • Korporativ endirimlər
  • Korporativ tədbirlər
  • Əlavə məzuniyyət
  • Güzəştli təhsil və işçi krediti