Qrafik / Motion Dizayner

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Kaspi” Təhsil Şirkəti Qrafik/Motion Dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi

Tələb olunan bilik və bacarıqlar:

  • Adobe proqramları üzrə (Photoshop, Illustrator, After Effects, Premiere Pro və s.) sərbəst işləmə bacarığı
  • Süni intellekt əsaslı dizayn və video həllərindən (Midjourney, Runway, Adobe Firefly və s.)effektiv istifadə təcrübəsi
  • Yaradıcı düşüncə, detallara diqqət və vaxtında təhvil vermə mədəniyyəti
  • Komanda daxilində işləmək bacarığı

Vəzifə öhdəlikləri:

Sosial media və rəqəmsal kontent

  • Sosial media platformaları üçün statik post, story & carousel dizaynlarının hazırlanması
  • Reels/TikTok/YouTube Shorts formatında qısa motion video və animasiyaların yaradılması
  • Kampaniya və elan (vakansiya, tədbir, qəbul kampaniyası) vizuallarının hazırlanması

Brend və marketinq materialları

  • Broşür, kataloq, banner, roll-up kimi çap materiallarının dizaynı
  • Brend təlimatına (brand guideline) uyğunluğun bütün materiallarda qorunması
  • Yeni kampaniyalar üçün vizual konseptlərin işlənib hazırlanması

Spesifik kontent

  • Dərs materialları, prezentasiya şablonları və infoqrafikaların dizaynı
  • Valideynlər üçün məlumatlandırıcı material və tədbir dəvətnamələrinin hazırlanması
  • Filiallar/kampuslar üçün naviqasiya, stend və interyer qrafik materiallarının dizaynı

​​​​​​​Video və montaj

  • Tədbir, məzuniyyət, kampus turu kimi videoların montajı
  • Testimonial (rəy) videolarının redaktəsi
  • Səs və vizual sinxronizasiyası, subtitr əlavə edilməsi

​​​​​​​Əməkdaşlıq və proses

  • Marketinq & Kommunikasiyalar komandası ilə birgə kontent təqviminə uyğun material istehsalı
  • Layihə üzrə rəy/redaktə dövrlərində iştirak və vaxtında təhvil

Süni intellekt alətlərindən istifadə

  • Süni intellekt alətləri ilə konsept generasiyası, ilkin variant yaratma və iş prosesinin sürətləndirilməsi
  • Süni intellekt ilə yaradılan materialların brend standartlarına uyğunlaşdırılması və son redaktəsi

İş şəraiti

  • İş saatları: I-V günlər, 08:00-17:00
  • İş yeri: Kaspi Təhsil Şirkəti – Baş ofis

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən İşə müraciət formasını doldurmaqla və ya cv@kaspi.edu.az elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.