Anbardar (Servis mərkəzi)

İşin təsviri

  • Məhsulların anbara qəbulu, yerləşdirilməsi və buraxılmasının təmin edilməsi;
  • Anbarda olan məhsulların qeydiyyatının aparılması;
  • İşçilərin inventar tapmasının asanlaşdırılması, inventarın yeri və miqdarı haqqında real vaxtda məlumat verilməsi;
  • Məhsulları anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, markalanmanın düzgünlüyünü və eləcə də qablaşdırılmanın vəziyyətinin yoxlanılması;
  • Məhsulların xüsusiyyətindən asılı olaraq onların anbarda düzgün yerləşdirilməsinin təmin edilməsi;
  • Məhsulların anbardan ixracı zamanı, yüklərin faktiki miqdarının, markalanmanın düzgünlüyünün və eləcə də qablaşdırılmanın vəziyyətinin yoxlanılması;
  • Məhsulların anbardan ixracı və anbara idxalı barədə xüsusi proqram vasitəsi ilə müvafiq qeydlərin aparılması;
  • Müəyyən olunmuş məhsulların aidiyyatı üzrə çatdırılmasının təmin edilməsi;
  • Məhsulları qəbul edərkən və ya təhvil verərkən sənədlərin dəqiqliyinin yoxlanması;
  • Görülən işlə bağlı normativ sənədlərin daima nəzarətdə saxlanılması;
  • Anbarda olan məhsulların təhlükəsizliyini və salamatlığını təmin edir.

İş şəraiti:

  • İş günləri: Həftə içi: 09:00-17:00, Şənbə: 09:00-16:00;
  • Əmək haqqı: 1000 Azn Gross;

Tələblər:

  • Bu sahə üzrə ən az 6 aylıq iş təcrübəsi;
  • Punktuallıq və operativlik;
  • Məsuliyyətli olmaq;
  • Qərar qəbul etmə;
  • Komandada işləmə.

Vakansiya növü – Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.