İşin təsviri
- Marketinq kampaniyaları üçün mətnlərin hazırlanması (sloqan, kampaniya mesajları və s.);
- Reklam və video layihələri üçün ssenarilərin yazılması;
- Sosial media və digər kanalları üçün kontentin hazırlanması;
- Kreativ strategiya və kommunikasiya istiqamətlərinin hazırlanmasında iştirak edilməsi;
- Yeni kampaniya ideyalarının və kreativ konseptlərin təklif edilməsi;
- Brend tonuna uyğun mətnlərin hazırlanması və kommunikasiya vahidliyinin qorunması;
- Kontent hazırlanması prosesində AI alətlərindən (məsələn, generativ mətn və ideya alətləri) effektiv şəkildə istifadə edilməsi.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilində səlis yazı və nitq bacarığı, rus dili biliyi arzuolunandır;
- Kopirayter vəzifəsində minimum 2 il iş təcrübəsi;
- Analitik və araşdırma bacarığı;
- Kreativ düşüncə və ideya generasiya etmək bacarığı.
Qeyd: Müraciət zamanı portfolio göndərilməsi mütləqdir.