İşin təsviri

  • Banklarla (emitent banklar, ekvayerlər, BIN sponsorlar) inteqrasiya proseslərinin biznes tərəfinin idarə olunması;
  • Bank, prosessinq və daxili komandalar arasında əsas əlaqələndirici şəxs kimi çıxış etməsi;
  • Bank inteqrasiyaları ilə bağlı tələblərin, proseslərin və axınların razılaşdırılması;
  • Kart məhsulları üzrə (debit / prepaid / credit) bank proseslərinin düzgün qurulmasına nəzarət edilməsi;
  • Prosessinq modellərinin (issuer / processor / sponsor model) biznes səviyyəsində başa düşülməsi və izahı;
  • Visa / MasterCard ilə operasion və qayda-prosedur səviyyəsində qarşılıqlı əlaqə qurulması;
  • Bank tərəfdən gələn dəyişikliklərin (rules, limits, flows) məhsula düzgün ötürülməsi;
  • İnteqrasiya ilə bağlı risklərin və bloklayıcıların vaxtında aşkar edilməsi;
  • İnteqrasiya mərhələlərinin statusunun izlənməsi və maraqlı tərəflərin məlumatlandırılması;
  • Bank müqavilələrində inteqrasiya ilə bağlı hissələrin biznes baxımından yoxlanılması.

Tələblər

  • Bank, FinTech, ödəniş sistemi və ya prosessinq şirkətində ən azı 2–5 il təcrübə;
  • Aşağıdakı mövzular üzrə praktik anlayış:
  • kart ödənişləri və bank axınları;
  • emitent bank və prosessinq rolları;
  • settlement və clearing məntiqi;
  • Visa / MasterCard qaydaları (high-level).
  • Banklarla və maliyyə tərəfdaşları ilə işgüzar ünsiyyət təcrübəsi;
  • Biznes və texniki komandalar arasında bridge rolunu oynamaq bacarığı;
  • Strukturlaşdırılmış düşüncə və proseslərə nəzarət bacarığı;
  • Məsuliyyətli, detallara diqqətli və nəticəyönümlü yanaşma;
  • Azərbaycan dili və rus – əla, ingilis dili – işgüzar səviyyədə.