Biznes prosesləri üzrə mütəxəssis

İşin təsviri

  • Yeni ERP sistemini əhatə edən proseslərin planlaşdırılması və həyata keçirilməsində iştirak edilməsi;
  • Mövcud biznes proseslərinin təhlili və təkmilləşdirilməsinə ehtiyyac olan sahələrin müəyyən edilməsi;
  • Proseslərin təkmilləşdirmə meyarlarının müəyyən edilməsi və inkişaf etdirmək üçün digər bölmələrlə əməkdaşlıq edilməsi;
  • Biznes proseslərinin ən yaxşı təcrübələrə uyğun olmasının təmin edilməsi və hər hansı zəruri dəyişikliklər üçün tövsiyələrin verilməsi;
  • Səmərəliliyi və məhsuldarlığı artırmaq üçün proses təkmilləşdirmələrinin hazırlanması və həyata keçirilməsi;
  • Mövcud və yeni proseslərin təsvir edilməsi üçün proses xəritələrin və iş axınların yaradılması;
  • Prosedur sənədlərinin, o cümlədən prosedurların, siyasətlərin və təlimatların Azərbaycan dilində yazılması və saxlanılması;
  • Biznes tələblərinə cavab verdiyinə əmin olmaq üçün ERP sisteminin konfiqurasiya edilməsi və sınaqdan keçirilməsi;
  • Yeni istifadəçilərə sistemdən necə səmərəli istifadə etmək barədə təlimlərin keçilməsi;
  • Prosesin performans göstəricilərinə nəzarət edilməsi və hesabat verilməsi;
  • Proseslərin avtomatlaşdırılması imkanlarının müəyyən edilməsi və müvafiq tövsiyələrin verilməsi.

Tələblər

· Ali təhsil (Biznesin idarə edilməsi, İnformasiya Sistemlərinin İdarə edilməsi və ya müvafiq sahə üzrə);

· Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

· Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət qurma bacarığı;

· Rus və İngilis dillərində səlis danışıq bacarığı üstünlükdür;

· Proseslərin xəritələşdirilməsi və iş axınının inkişafı üzrə iş təcrübəsi;

· Microsoft Office Suite-də, xüsusilə Excel və Visio proqramlarında işləmə bacarığı;

· Lean Six Sigma kimi proseslərin təkmilləşdirilməsi metodologiyaları ilə tanışlıq;

· ERP sistemləri və tətbiq layihələri ilə bağlı təcrübə;

· Müstəqil və komanda ilə işləmə bacarığı;

· Detal yönümlülük və diqqətlilik;

· Eyni anda birdən çox layihəni idarə etmə bacarığı.

İş şəraiti:

· İş günləri: I-V günlər;

· İş saatı: 09:00-18:00.