Cashback & Loyalty Finance Manager

İşin təsviri

  • Keşbek və loyalty mexanizmlərinin maliyyə modelinin hesablanması və nəzarəti

(bank keşbeki, partnyor keşbeki, kombinə olunmuş ssenarilər);

  • Keşbek üzrə icazə verilən faizlərin, limitlərin, cap-ların və istisnaların

unit-ekonomika əsasında müəyyən edilməsi;

  • Keşbekin maliyyələşmə mənbələrinin analiz edilməsi:

bank, partnyor və şirkət payı;

  • Hesablamalarda interchange, Visa / MasterCard scheme fees

prosessinq və operasion xərclərin nəzərə alınması;

  • Keşbek və loyalty kampaniyalarının işə salınması, dəyişdirilməsi və dayandırılması üzrə maliyyə tövsiyələrinin hazırlanması;
  • Faktiki keşbek ödənişlərinin monitorinqi və modeldən kənarlaşmaların aşkarlanması;
  • Ödəniş və loyalty məhsulları üzrə P&L-in formalaşdırılmasında iştirak edilməsi;
  • Banking & Payments Partnerships Manager ilə sıx əməkdaşlıq edilməsi (tariflər və partnyor şərtləri üzrə);
  • Marketinq və məhsul komandalarının maliyyə çərçivələri ilə təmin edilməsi;
  • Keşbek üzrə maliyyə risklərinin vaxtında aşkarlanması və qarşısının alınması.

Tələblər

  • FinTech, bank, ödəniş sistemi, prosessinq və ya loyalty platformalarında 2–5 il iş təcrübəsi;
  • Aşağıdakı mövzular üzrə praktik anlayış:
  • kart ödənişləri və bank keşbek mexanizmləri;
  • interchange, MDR, scheme fees;
  • settlement və clearing məntiqi (biznes səviyyəsində).
  • Real pulla işləyən keşbek və bonus proqramlarının hesablanması üzrə təcrübə;
  • FinTech məhsullarının unit-ekonomikasını başa düşmək bacarığı;
  • Maliyyə modelləri və ssenarilərin qurulması və yoxlanılması bacarığı;
  • Güclü analitik düşüncə və detallara yüksək diqqət;
  • Maliyyə məhdudiyyətlərini arqumentləşdirilmiş şəkildə müdafiə etmək bacarığı;
  • Partnyorluqlar, məhsul və marketinq komandaları ilə effektiv əməkdaşlıq bacarığı;
  • Azərbaycan dili və rus – əla, ingilis dili – işgüzar səviyyədə.