İşin təsviri
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması, BI layihələrinin tətbiqində iştirak edilməsi;
- Data warehouse-ları və data mart-ların dizayn edilməsi, modelləşdirilməsi, optimallaşdırılması və onlara dəstək xidmət verilməsi;
- Müxtəlif məlumat bazalarından və sistemlərindən (mənbələrdən) məlumatların toplanılması, çevrilməsi və BI alətlərində istifadə üçün hazır vəziyyətə gətirilməsi;
- ETL və digər data mühəndisliyi alətlərinin konfiqurasiya edilməsi və onlara dəstək xidmətləri verilməsi;
- Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil, informasiya texnologiyaları, kompüter elmləri, tətbiqi riyaziyyat, mühəndislik və ya əlaqəli sahə üzrə təhsil arzuolunandır;
- Data mühəndisliyi sahəsində minimum 2 il iş təcrübəsi;
- OLTP və OLAP sistemlərinin iş prinsipləri, fərqləri və tətbiq sahələri üzrə biliklər;
- ETL/ELT proseslərinin hazırlanması, optimallaşdırılması və dəstəklənməsi üzrə praktiki təcrübə;
- Data pipeline-ların qurulması, monitorinqi və nasazlıqların aradan qaldırılması üzrə bilik və bacarıqlar;
- ETL alətləri ilə iş təcrübəsi;
- SQL Server Integration Services üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur;
- SQL Server Analysis Services ilə işləmə, analitik modellərin yaradılması və dəstəklənməsi üzrə biliklər;
- dbt vasitəsilə məlumatların transformasiyası, modelləşdirilməsi və sənədləşdirilməsi üzrə biliklər;
- Python proqramlaşdırma dili ilə məlumatların emalı, avtomatlaşdırma və skriptlərin hazırlanması bacarığı;
- SQL üzrə yaxşı biliklər, mürəkkəb sorğuların yazılması, optimallaşdırılması və performans problemlərinin təhlili bacarığı;
- DAX üzrə biliklər, analitik hesabatlar və ölçülərin yaradılması təcrübəsi üstünlükdür;
- Data warehouse, data mart, star schema, snowflake schema və məlumat modelləşdirilməsi konsepsiyaları üzrə anlayış;
- Verilənlərin keyfiyyətinə nəzarət, validasiya və məlumat uyğunluğunun təmin edilməsi üzrə biliklər;
- Verilənlər bazası strukturlarının, cədvəllərin, view-ların, stored procedure-ların və indekslərin iş prinsipləri üzrə anlayış;
- BI və hesabatlılıq komandaları ilə işləmək, analitik tələbləri texniki həllərə çevirmək bacarığı;
- Texniki sənədləşdirmə aparmaq, data modelləri və data axınlarını sənədləşdirmək bacarığı;
- Analitik düşünmə, problem həlletmə, diqqətlilik və nəticəyönümlü işləmə bacarığı;
- Komandada işləmək, kommunikasiya və prioritetləşdirmə bacarığı.