İşin təsviri
- Mağaza və şöbələrdən daxil olan tələblərin toplanması, təhlil edilməsi və təmin olunması;
- Yeni mağaza açılışları üzrə məhsul planlamasının aparılması və təminatın təşkil edilməsi;
- Mebel, məişət və rəqəmsal məhsullar üzrə sifarişlərin qiymətləndirilməsi və yönləndirilməsi;
- Anbar, outlet və digər qalıqlar əsasında optimal təminat qərarlarının verilməsi;
- Məhsulların təkrar istifadəsinin təşkil edilməsi və xərclərin optimallaşdırılması;
- Satınalma prosesində iştirak edilməsi və təchizatçı təkliflərinin qiymətləndirilməsi;
- Stok səviyyəsinin monitorinqinin aparılması və vaxtında stokun yenilənməsi tədbirlərinin görülməsi;
- Məhsul keyfiyyətinə nəzarət edilməsi və alternativlərin araşdırılması;
- Texniki avadanlıqlar üzrə, printer, kondisioner və s., təmir və əvəzləmə proseslərinin idarə olunması;
- Servis mərkəzləri ilə işin təşkili və təmir xərclərinin optimallaşdırılması;
- İnventar uçotunun sistem üzrə aparılması və istifadə qalıqlarının izlənməsi;
- Anbar əməliyyatlarının izlənməsi və sistem uyğunsuzluqlarının aradan qaldırılması;
- Brend menecerlərlə koordinasiyanın qurulması və məhsul seçiminin təşkil edilməsi;
- Açılan və bağlanan mağazalar üzrə inventar və təminat proseslərinin idarə olunması;
- Hesabatların hazırlanması və sərfiyyat üzrə təhlillərin aparılması.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dili səlis, rus dili biliyi üstünlükdür.
- Retail və ya şəbəkə bizneslərində, həmçinin satınalma və təchizatçı idarəçiliyi sahəsində təcrübə üstünlükdür;
- Təchizat, logistika və ya anbar idarəçiliyi sahəsində iş təcrübəsi;
- ERP sistemləri ilə işləmə bacarığı (Micro, 1C və s.);
- Analitik düşünmə və qərarvermə bacarığı;
- MS Excel və hesabatlılıq üzrə yaxşı səviyyədə biliklər;
- Operativlik, məsuliyyətlilik və detallara diqqət;
- Komanda ilə işləmə və effektiv kommunikasiya bacarığı;