İşə qəbul üzrə kiçik mütəxəssis Olivia( Beauty and care)

8 May 2025
800 - 1000

İşin təsviri

  • Mövcud vakansiyaların təhlil edilməsi, vakant vəzifələrə elan materialının hazırlanması, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsinin təmin edilməsi;
  • Daxil olan CV müraciətlərinin vəzifə tələbləri üzrə əvvəlcədən yoxlanılması və potensial namizədlərin siyahıya alınması;
  • İşçinin qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılması;
  • İşə qəbul fəaliyyəti ilə bağlı vaxtaşırı dəqiq hesabatların hazırlanması;
  • İşə götürmə agentlikləri ilə tərəfdaşlığın qurulması;
  • İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərinin məlumatlandırılması;
  • Şirkətin namizəd bazasının yenilənməsi və genişləndirilməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Ali təhsil;
  • İşə qəbul bölməsində minimum 1 il iş təcrübəsi; (Retail sahə üstünlükdür)
  • Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi arzuolunandır;
  • MS Ofis programlarında yüksək səviyyədə işləmə bacarığı (Excel, Word, Outlook);
  • Güclü ünsiyyət bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Nəticə yönümlülük.