İT biznes analitik/Olivia (Beauty and care)

İşin təsviri

  • Layihə meneceri ilə yaxın əməkdaşlıq edərək məhsulun yol xəritəsini, xüsusiyyətləri və məhsul tələblərini, dəyişikliklərini anlayaraq icra edilməsi;
  • Funksional tələblərin müəyyənləşdirərək, proses axınları və dokumentasiyanın hazırlanması;;
  • Proqramlaşdırma, testləşdirmə və məhsulun dizaynının komanda üzvləri ilə birlikdə çalışılması;
  • Hazırlanmış tələblərin komanda üzvlərinə (və ya əlaqəli digər tərəflərə) anlaşılan formada ötürülərək (user story-ləri yazlması), test case-lərin yazılması və user acceptance testlərinin həyata keçirilməsi;
  • Mövcud proseslərin və məhsulun boşluqlarının tapılması və keyfiyyətinin yaxşılaşdırması üçün təhlil edilməsi;
  • Sistem inteqrasiyası və texniki məhdudiyyətləri nəzərə alaraq analitik həllərin təklif edilməsi;
  • Məhsulun inkişafının təmin edilməsi və yeni məhsulların hazırlanması üçün bazar araşdırmasının aparılması;
  • Məhsul datasının təhlil edilməsi və təkliflərin verilməsi;

Tələblər

  • Aidiyyatı sahədə, İT biznes analitika, sistem analizi sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Biznes İdarəçiliyi);
  • Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Biznes proseslərinin təhlili və optimallaşdırılması üzrə təcrübə;
  • Yaxşı kommunikasiya, güclü problem həll etmə, tənqidi düşünmə və təqdimat bacarıqları;
  • Proseslərin sənədləşdirilməsi və biznes analizi vasitələrindən (Visio, Draw.io, UML, BPMN, Activity Diagrams) istifadə bacarıqları;
  • REST, Soap, Postman, SQL üzrə biliklər;
  • JIRA, Trello, Confluence və digər İT layihə idarəetmə vasitələrində təcrübə;
  • Rus dili biliyi əla, ingilis dili arzuolunandır;
  • Agile metodologiyası haqqında məlumatı və təcrübəsinin olması üstünlükdür;
  • E- Kommersiya təcrübəsinin olması azuolunandır;