İşin təsviri
- Satış və müştəri tərəfindən qaytarılmış məhsullar üzrə əməliyyatların düzgün və vaxtında icrasını təmin etmək;
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul olunmasını təşkil etmək;
- Geri qaytarmalar zamanı sənədləşmə və maliyyə prosedurlarına riayət etmək;
- Kassadan keçən bütün nağd vəya nağdsız vəsaitlərin ucotunu aparmaq;
- Nağd və nağdsız əməliyyatların düzgün qeydiyyatını təmin etmək;
- Pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasına nəzarət etmək və müvafiq struktur əməkdaşlarına təhvil verilməsini təşkil etmək;
- Gündəlik və aylıq maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Müştərilərin müraciətlərinə səlahiyyət çərçivəsində cavab vermək;
- Aidiyyəti üzrə müştəri sorğularını müvafiq şöbələrə yönləndirmək;
- Xidmət səviyyəsinin yüksək səviyyədə saxlanılmasını təmin etmək;
- Şirkətdaxili daxil olan sorğu və tapşırıqlarla bağlı yarana biləcək sualları cavablandırmaq;
- Daxil olan yazılı məktublara və elektron müraciətlərə vaxtında və düzgün cavab vermək;
- Yaranan problemlər və fors-major hallar barədə struktur rəhbərini məlumatlandırmaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
- Şirkətin daxili nizam-intizam qaydalarına və etik davranış prinsiplərinə riayət etmək.
İş şəraiti:
- İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Maliyyə və ya mühasibatlıq sahəsində ilkin biliklər;
- Kompüter və kassa sistemləri ilə işləmə bacarığı;
- Yüksək ünsiyyət bacarığı və müştəri yönümlü yanaşma;
- Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı.