İşin təsviri
- Müştəri ilə ünsiyyətdə olan əməkdaşların fəaliyyətinin keyfiyyət standartlarına və daxili prosedurlara əsasən qiymətləndirilməsi;
- Əməkdaşların xidmət keyfiyyətinin mütəmadi izlənməsi və fərdi geribildirimlərin verilməsi;
- Digər şöbələrdən daxil olan müraciətlərin araşdırılması və mahiyyəti üzrə cavablandırılması;
- Xidmət prosesindəki ləngimələri və ya uyğunsuzluqları aşkarlayaraq təkmilləşdirici təkliflər hazırlanması;
- Qiymətləndirmələrin obyektiv və ədalətli aparılması üçün digər keyfiyyət mütəxəssisləri ilə kalibrasiya iclaslarında iştirak edilməsi;
- Təcrübəçi/yeni əməkdaşların xidmət prosesinə buraxılmadan öncə keyfiyyətə nəzarət bölməsinin tələblərinə uyğunluğunun test edilməsi;
- Aylıq qiymətləndirmə nəticələrinin müvafiq rəhbərliklə paylaşılması;
- Aylıq fəaliyyət hesabatlarının hazırlanması;
- Müəssisə rəhbərliyi tərəfindən təsdiq edilmiş qayda və prosedurların dəqiq icrası;
- Rəhbərliyin vəzifə çərçivəsində əlavə tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştəri xidmətləri sahəsi üzrə minimum 6 ay iş təcrübəsi;
- Microsoft Office proqramları və 1C ilə işləmə bacarığı arzu olunandır;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;