İşin təsviri
Platformanın kontentinin idarə olunması
- Mobil, Veb və Smart TV platformalarında videokontentin mütəmadi yenilənməsi və zərurət yarandıqda dəyişdirilməsi;
- Yeni filmlərin, serialların və digər video materialların əlavə edilməsi, mövcud kontentin keyfiyyətinə nəzarət edilməsi;
- Catch-up (geri izləmə) kontentinin hazırlanması və vaxtında istifadəyə verilməsi;
- Kontent kitabxanasının aktuallığı və müxtəlifliyinin təmin edilməsi
Qrafik materiallarla iş
- Bütün platformalarda dinamik və statik bannerlərin yaradılması və vizual baxımdan cəlbedici formada təqdim edilməsi;
- Bannerlərin cihaz və ekran ölçülərinə uyğunlaşdırılması, texniki tələblərə cavab verməsinin təmin edilməsi;
- Marketinq kampaniyaları və aksiyalar üçün vizual materialların hazırlanmasında iştirak edilməsi.
Analiz və hesabatlılıq
- Billing metrikaları üzrə məlumatların toplanması və təhlil edilməsi;
- Kontent istifadəsi, abunəçi davranışları və aktivlik üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Kontent performansını artırmaq üçün analitik nəticələr əsasında tövsiyələrin verilməsi.
İstifadəçi dəstəyi
- İstifadəçi müraciətlərinin operativ araşdırılması və cavablandırılması;
- Kontentlə bağlı texniki və funksional problemlərin həllində texniki komanda ilə əməkdaşlığın edilməsi;
- Geribildirimlərin toplanması və təhlili ilə istifadəçi təcrübəsinin yaxşılaşdırılması.
Əlavə vəzifələr
- OTT kontent bazarındakı trendlərin və rəqiblərin fəaliyyətinin izlənilməsi;
- Yeni ideyaların və innovativ həllərin hazırlanması, tətbiq edilməsi;
- Kontentin geniş auditoriyaya çatdırılması üçün marketinq komandası və tərəfdaşlarla əməkdaşlıq edilməsi.
Tələblər
- Rəqəmsal kontent idarəçiliyi, media və ya OTT sahəsində ən azı 1–2 illik iş təcrübəsi;
- Video kontent formatları, keyfiyyət standartları və metadata prinsipləri haqqında biliklər;
- Qrafik dizayn sahəsində bacarıqlar (Adobe Photoshop, Illustrator və ya oxşar proqramlarda işləmə təcrübəsi üstünlükdür);
- Analitik düşünmə qabiliyyəti və hesabat hazırlamaq bacarığı (Excel və ya Google Sheets bilikləri arzuolunandır);
- Diqqətlilik, məsuliyyət və komanda ilə işləmə bacarığı;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (hər iki dil mütləq tələblərdir);
- İngilis dili biliyi əlavə üstünlük hesab olunur.