İşin təsviri
- Mövcud kampaniyaların kreativ formada işıqlandırılması üçün ideyaların hazırlanması;
- Sosial media və digər kommunikasiya kanalları üçün kreativ kontent ideyalarının hazırlanması;
- Aktual trendlərin izlənilməsi və brendə uyğun şəkildə adaptasiya edilməsi;
- İnformativ kontentin fərqli, kreativ və cəlbedici formatlarda təqdim olunması üçün ideyaların verilməsi;
- Sosial şəbəkələr üçün fun, trend və info formatlarında kontent ideyalarının hazırlanması;
- Kreativ konsept və kommunikasiya ideyalarının hazırlanması;
- Kontent istehsalı prosesində aktiv iştirak və yaradıcı istiqamətin formalaşdırılmasına dəstək göstərilməsi.
Tələblər
- Kreativ sahədə ən azı 2 il iş təcrübəsi;
- Portfolio təqdim edə bilməsi;
- Güclü yaradıcılıq və ideya yaratmaq bacarığı;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət qabiliyyəti;
- Komanda ilə işləmək bacarığı;
- Sosial media trendlərini və aktual kontent formatlarını yaxından izləmək;
Namizədə dair gözlənti
Kreativ düşünən, trendləri izləməklə kifayətlənməyib onları brend üçün yeni və fərqli formalarda tətbiq edə bilən, ideyasını əsaslandıra və komanda ilə birlikdə həyata keçirə bilən namizəd axtarırıq.