İşin təsviri
- Şirkətin və onun struktur bölmələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək;
- Müqavilələrin, sazişlərin, memorandumların və digər hüquqi sənədlərin hazırlanmasını, hüquqi ekspertizasını və razılaşdırılmasını həyata keçirmək;
- Şirkətin fəaliyyətindən irəli gələn hüquqi riskləri müəyyən etmək, təhlil etmək və onların minimallaşdırılması üzrə təkliflər hazırlamaq;
- Korporativ idarəetmə ilə bağlı sənədlərin (qərarlar, protokollar, etibarnamələr və s.) hazırlanmasını təmin etmək;
- Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə yazışmaları və münasibətləri idarə etmək;
- Şirkətə daxil olan hüquqi xarakterli sorğulara, məktublara və müraciətlərə qanunvericiliyə uyğun cavablar hazırlamaq;
- Şirkətin iştirak etdiyi layihələrin hüquqi müşayiətini həyata keçirmək;
- Hüquqi dəyişiklikləri və qanunvericilik yeniliklərini izləmək, aidiyyəti struktur bölmələri məlumatlandırmaq;
- Mübahisələrin məhkəməyədək həlli istiqamətində tədbirlər görmək və zərurət yarandıqda məhkəmə işlərinin koordinasiyasında iştirak etmək;
- Şirkətin maraqlarının qorunması məqsədilə hüquqi rəylər və tövsiyələr hazırlamaq;
- Daxili siyasət, prosedur, təlimat və digər normativ sənədlərin hazırlanmasında iştirak etmək;
- Şirkətdə qəbul edilmiş qayda, prosedur və etik davranış prinsiplərinə riayət etmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər hüquqi tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək.
📍 İş yeri: Sabirabad rayonu
Tələblər
- Hüquq ixtisası üzrə ali təhsil;
- Korporativ hüquq, kommersiya hüququ və ya müqavilə hüququ sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının mülki, əmək, vergi, korporativ və kommersiya qanunvericiliyi üzrə dərin biliklər;
- Müqavilələrin hazırlanması, ekspertizası və hüquqi risklərin qiymətləndirilməsi üzrə təcrübə;
- Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması və müraciətlərin hazırlanması bacarığı;
- Korporativ idarəetmə sənədlərinin hazırlanması və hüquqi müşayiəti üzrə təcrübə;
- Hüquqi rəy, arayış və digər hüquqi sənədlərin hazırlanması bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi üstünlük hesab olunur;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, yüksək məsuliyyətlilik və məxfi məlumatlarla işləmək bacarığı;
- Danışıqlar aparmaq, problemləri hüquqi müstəvidə həll etmək və qərarvermə bacarığı;
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.