Kredit satışlarının idarə edilməsi üzrə aparıcı mütəxəssis

İşin təsviri

  • Şirkət daxilində yeni layihələrin planlaşdırılması və icrasında iştirak edilməsi;
  • Layihə planlarının hazırlaması, resursların idarə edilməsi və müddətlərin yerinə yetirilməsinin təmin edilməsi;
  • Layihənin icrası zamanı qarşıya çıxan problemlərin həlli və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Kredit və maliyyə əməliyyatları ilə bağlı gündəlik, aylıq, illik hesabatların hazırlanması;
  • Kredit müqavilələrinin hazırlanmasında iştirak edilməsi və sənədlərin düzgünlüyünün yoxlanması;
  • Layihələrin maliyyə göstəricilərinin izlənməsi;
  • BOKT və requlyativ qaydalara və prosedurlara riayət edilməsi;
  • Kredit risklərinin təhlili və müvafiq tədbirlərin görülməsi;
  • Mərkəzi Bankın və aidiyyəti qurumların normativ aktlarının və tələblərinin tətbiq edilməsi;
  • Daxili qaydaların, prosedurların və biznes proseslərinin Mərkəzi Bankın və aidiyyəti qurumların normativ aktlarına və tələblərinə uyğunluğunun təmin edilməsi.

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi, idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır;
  • Bank və BOKT sektorunun qanunvericiliyi, daxili qaydaları və prosedurları haqqında biliklər;
  • Prosesləri təşkil etmək, layihələri planlaşdırmaq və həyata keçirmək bacarığı, (Bank/BOKT layihələrinin idarə olunması təcrübəsi üstünlükdür);
  • Səlis azərbaycan dili, rus və ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarını (xüsusilə Excel) sərbəst istifadə etmək bacarığı;
  • Kredit risklərini qiymətləndirmək, müştərinin ödəmə qabiliyyətini təhlil etmə bacarığı, kredit risklərinə dair requlyativ tələbləri üzrə məlumatlılıq;
  • İşində dəqiqlik, məsuliyyətlilik, vaxtında icra və nəticəyə yönəlmiş yanaşma;
  • Yüksək ünsiyyət qurma və komanda ilə işləmə bacarığı.