İşin təsviri
- Maliyyə departamentinə rəhbərlik: idarəetmə və mühasibat uçotu, xəzinədarlıq, vergi uçotu, maliyyə hesabatlılığı;
- Qrup və onun şirkətləri səviyyəsində büdcələşdirmə, maliyyə planlaşdırması və proqnozlaşdırma;
- Mənfəətliliyin idarə edilməsi: marjinallıq təhlili, əməliyyat xərclərinə nəzarət, qeyri-səmərəli xərclərin müəyyən edilməsi və azaldılması;
- Pul vəsaitlərinin hərəkətinin, dövriyyə kapitalının və banklarla münasibətlərin idarə edilməsi;
- ERP sisteminin maliyyə modulunun tətbiqinə və inkişafına rəhbərlik, hesabatlılığın avtomatlaşdırılması, aylıq bağlanış müddətinin qısaldılması;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğun təmin edilməsi;
- Yüksək rəhbərlik üçün maliyyə təhlillərinin və tövsiyələrin hazırlanması;
- Maliyyə departamentinin komandasının idarə edilməsi və inkişafı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil;
- Maliyyə sahəsində ən azı 8 il təcrübə, onlardan ən azı 5 il rəhbər vəzifədə (maliyyə direktoru və ya müavini);
- BMHS və Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin bilik;
- Maliyyə funksiyasında ERP sistemləri ilə praktiki iş təcrübəsi;
- Komanda idarəetməsi təcrübəsi;
- Beynəlxalq peşəkar sertifikatlardan birinin olması (ACCA, CIMA, CFA və ya CPA) üstünlük hesab olunur;
- Pərakəndə satış, distribusiya və bank sahəsində təcrübə;
- Bir neçə hüquqi şəxsdən ibarət holdinq strukturunda iş təcrübəsi;
- ERP tətbiqi layihələrində iştirak təcrübəsi.