İşin təsviri
Təsvir
- Mebel qablaşdırma prosesinin planlaşdırılması;
- Qablaşdırılacaq mebelin modul və ya detalların təmizliyinin yoxlanılması;
- Qablaşdırılacaq məhsulun keyfiyyətinin müşahidə ilə yoxlanılması, aşkarlanan zədənin bərpa prosesinə qaytarılması;
- Paket saylarının qeyd edilməsi;
- Hazır məhsulların anbara təhvil verilməsi;
- Qablaşdırma işçi sahəsinin təmizliyinə riayət olunması;
İş şəraiti:
- İş günləri: 6 iş günü, 1 gün istirahət;
- İş yeri: Binəqədi rayonu;
Tələblər
- Qablaşdırıcı kimi 1 il iş təcrübəsi;
- Mebel sahəsində iş təcrübəsi;
- Fiziki cəhətdən sağlam olmalı;
- Kollektivdə komanda şəklində işləmə bacarığı;
- Nizam-intizamlı, məsuliyyətli olmalı.