İşin təsviri
Mobil tətbiqlərin (iOS və Android) inkişafına cavabdeh olan Product Owner məhsulun yol xəritəsini formalaşdırır, prioritetləri müəyyənləşdirir və komanda ilə birlikdə funksiyaların düzgün planlanmasını və icrasını təmin edir. Bu rol həm biznes məqsədlərini, həm də istifadəçi ehtiyaclarını nəzərə alaraq mobil tətbiqin keyfiyyətli və stabil şəkildə inkişafını təmin edir. Product Owner mobil tətbiqlərin performansı, UX/UI təcrübəsi, inteqrasiyalar və analitika üzrə əsas qərarverici şəxsdir.
- Mobil tətbiqlərin (iOS/Android) inkişaf strategiyasının və roadmap-ının formalaşdırılması;
- Məhsulun backlog-unun idarə edilməsi, user story və acceptance criteria hazırlanması;
- UX/UI dizayner, biznes analitik, QA və developer komandası ilə sıx əməkdaşlığın edilməsi;
- Autsors və daxili developer komandasının fəaliyyətinin koordinasiya edilməsi;
- Mobil tətbiqlərin performansının və istifadəçi davranışının analiz edilməsi (retention, crash rate, DAU/MAU, conversion);
- A/B testlər, istifadəçi sorğuları və analitika nəticələrinə əsasən təkmilləşdirmələrin təklif edilməsi;
- App Store və Google Play platformalarında tətbiq göstəricilərinin (rating, reviews, install conversion) monitorinq edilməsi;
- Mobil tətbiqin ERP, CRM, Bank və digər daxili sistemlərlə inteqrasiyalarına nəzarət edilməsi;
- Vendorlarla (banklar, ödəniş provayderləri, üçüncü tərəf xidmətlər) mütəmadi kommunikasiya, tələblərin razılaşdırılması və texniki uyğunsuzluqların həll edilməsi;
- Release prosesinə rəhbərlik edilməsi və funksionallıqların keyfiyyətli şəkildə istifadəyə verilməsinin təmin edilməsi;
- Rəhbərliyə məhsulun vəziyyəti və inkişaf mərhələləri ilə bağlı vaxtaşırı hesabatların təqdim edilməsi.
Tələblər
- Mobil tətbiqlərlə işləyən komandada Product Owner, BA və ya Product Manager kimi 1.5 ildən çox iş təcrübəsi;
- Mobil tətbiqlərin strukturu, texnoloji məhdudiyyətləri və UX prinsipləri barədə anlayış;
- User story, acceptance criteria, backlog idarəetməsi və prioritetləşdirmə üzrə bacarıqlar;
- Scrum/Agile metodologiyaları ilə işləmə təcrübəsi;
- Mobil analitika alətləri ilə işləmə bacarığı (Firebase, AppMetrica, Appsflyer və s.);
- Dizayn alətləri ilə işləmə anlayışı (Figma və s.);
- Müştəri davranışı, mobil axınlar (user flows) və məhsul metrikləri üzrə biliklər;
- Güclü kommunikasiya və koordinasiya bacarığı;
- Loyalty sistemləri və bank prosesləri üzrə biliklərin olması — üstünlükdür;
- Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili — üstünlük.