İşin təsviri
Şirkətin bütün struktur bölmələrinə təsərrüfat və istehlak məhsullarının bölgüsünün planlaşdırılması və həyata keçirilməsi;
Tələb olunan məhsullar üzrə sifarişlərin qəbulunun, təsdiqinin və paylanmasının idarə edilməsi;
Gündəlik, həftəlik və aylıq bölgü hesabatlarının hazırlanması və şöbə rəhbərinə təqdim edilməsi;
Paylanma prosesində normativ sənədlərə və daxili qaydalara riayət olunmasına nəzarət edilməsi;
Məhsul hərəkətləri və qalıqları üzrə ERP və ya digər daxili sistemlərdə müvafiq qeydlərin aparılması;
Qarşıya qoyulmuş tapşırıqların müəyyən edilmiş müddətlərə və keyfiyyət standartlarına uyğun şəkildə icra edilməsi;
Məhsul qalıqlarına nəzarət edilməsi, inventarizasiya proseslərində iştirak edilməsi və sistem məlumatlarının faktiki qalıqlarla uyğunluğunun təmin edilməsi.
İş şəraiti:
İş qrafiki: Həftədə 6 iş günü, 1 istirahət günü;
Əmək haqqı: 1150 AZN Gross
Tələblər
Ali təhsil;
Anbar, logistika və ya təchizat sahəsində iş təcrübəsi arzuolunandır;
1C və Mikro Fly proqramları ilə işləmək bacarığı;
MS Office proqramları üzrə yaxşı biliklər;
Detallara diqqətlilik;
Analitik düşünmə bacarığı;
Nəticəyönümlülük və yüksək məsuliyyətlilik;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.