İşin təsviri
Xarici və daxili təchizatçılardan anbara daxil olan məhsulların sistem üzrə mədaxil edilməsi və mədaxil üzrə sənədlərin arxivləşdirilməsi;- Yüklərin qəbulundan sonra tərtib olunan uyğunsuzluq aktlarının aidiyyəti üzrə yönləndirilməsi;
- Qəbul zamanı qüsurlu məhsul aşkar edildikdə bu barədə müvafiq məhsul üzrə menecer və texniki servis əməkdaşlarının məlumatlandırılması;
- Təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə müvafiq qalığa işlənməsi və məhsulların yığılması üçün anbardarın məlumatlandırılması;
- Daxil olması gözlənilən yüklər barədə anbardarların məlumatlandırılması;
- Qəbul zamanı aşkar olunan uyğunsuzluqlar barədə aidiyyəti şöbələrin və əməkdaşların məlumatlandırılması;
- Qəbul zamanı aşkar olunmuş qüsurlu məhsullar barədə aidiyyəti şöbələrin və əməkdaşların məlumatlandırılması;
- Məhsul üzrə menecerlərdən daxil olan sorğular əsasında təchizatçıya geri qaytarılmalı olan məhsulların sistem üzrə rezerv edilməsi və onların yığılması üçün anbardarların məlumatlandırılması;
- Görülən işlə əlaqəli şirkətdaxili şöbə və bölmələrlə məlumat və sənəd mübadiləsinin təşkil edilməsi;
- Rəhbərin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də hesabatların hazırlanaraq təqdim olunması.
İş şəraiti:
- İş günləri: 6 gün iş, 1 gün istirahət;
Tələblər
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Səlis formada şifahi və yazılı Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- MS Office proqramlarını sərbəst istifadə etmə bacarığı;
- Anbar əməliyyatları üzrə nəzəri və praktiki biliklərin olması;
- Analitik düşünmə, təhliletmə qabiliyyəti;
- Punktuallıq və detallara diqqət etmə bacarığı;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişlərinin olması;
- Komanda ilə işləmə bacarığı.