İşin təsviri
Yeni açılmış və tez inkişaf edən “Olivia” Beauty & Care multibrend mağazalar şəbəkəsinə Məlumat bazası üzrə aparıcı analitik axtarılır.
- Şirkətin kommersiya fəaliyyətini əks etdirən müxtəlif hesabatların hazırlanması;
- Satışın dərin analizi və kampaniyaların effektivliyinin hesablanılması;
- Satışın maksimallaşdırılması üçün təkliflərin verilməsi;
- Proqnozların hazırlanması;
- Anbar qalığının analizi;
- Şirkətin biznes tələblərinə uyğun ERP sisteminin təkmilləşdirilməsi;
- ERP sisteminin administrasiyası.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
Tələblər
- Ali təhsil (Maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);
- Maliyyə və ya data analitika sahələri üzrə 3-5 il təcrübə;
- Səlis azərbaycan dili, rus və ingilis dilləri biliyi orta səviyyədə;
- Kompüter bilikləri (MS Office, BTP və 1C proqramları ilə işləmə bacarığı);
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
- Startup təcrübəsi arzu olunandır;
- ERP sisteminin tətbiqində təcrübə arzu olunandır.