İşin təsviri
- Buraxılış rejimi haqqında təlimatın tələblərinə riayət edilməsi;
- Prosedura və təlimata uyğun anbar binasına (qapısına) və ərazisinə daxil olan və çıxan nəqliyyat vasitələrinin, o cümlədən sürücülərin sənədlərini yoxlanılması;
- Maşınlara yüklənən məhsulların sənədlərlə uyğunluğunun yoxlanılması, uyğunsuzluq aşkar etdikdə dərhal bu barədə rəhbərə məlumat verilməsi;
- Müntəzəm olaraq seçmə üsulu ilə yükləmə-boşalma zonalarında yoxlama aparmalı, şübhəli hallar barədə təlimata uyğun olaraq dərhal aidiyyatı üzrə məlumat verilməsi;
- Ərazidə hərəkət edən maşınların sürət həddini aşmamasına, eləcə də təyin olunmuş yerlərdən kənarda durmamasının, yüklənib-boşalmasının nəzarətdə saxlanılması;
- Siqaret çəkmək üçün ayrılmış zonalardan kənar yerlərdə siqaret çəkilməsinin, həmçinin anbar ərazisinin zibillənməsinin qarşısının alınması;
- Əməkdaşların yüklər üçün nəzərdə tutulmuş qapılardan hərəkətini məhdudlaşdırmalı, işçilərin və kənar şəxslərin anbar ərazisində yalnız təyinatı üzrə hərəkət etmələrinin nəzarətdə saxlanılması;
- Gün ərzində və iş saatının sonunda anbarları tərk edən əməkdaşların üzərlərinin və çantalarının müntəzəm olaraq yoxlanılması;
- Anbarlarda quraşdırılan nəzarət müşahidə kameralarının qarşısında görüntünü məhdudlaşdıracaq hər hansı maneənin olmamasına nəzarət edilməsi;
- Rəhbərliyin göstərişi ilə işə aid digər tapşırıqların icra edilməsi.
İş şəraiti:
- İş qrafiki: 6 gün iş, 1 gün istirahət
Tələblər
- Müvafiq sahədə min 1 il iş təcrübəsi;
- Fiziki cəhətdən sağlam;
- Punktuallıq və detallara diqqət etmə bacarığı;
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, ədalətlilik;
- Komanda ilə işləmə bacarığı;