Onlayn sifariş üzrə məsləhətçi (Rəqəmsal məhsullar üzrə)

İşin təsviri

• Saytın canlı çatı (livechat) vasitəsilə daxil olan sifariş və sorğuların cavablandırılması;

• Yazışma zamanı müştərinin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və uyğun məhsulun və xidmətin tövsiyə olunması;

• Müştəri məmnuniyyətinin yazılı ünsiyyətlə təmin edilməsi və nəzakətli, operativ cavablandırma ilə etibarlı ünsiyyətin qurulması;

• Rəhbərlik tərəfindən müəyyən edilmiş satış hədəflərinə və çat xidmət keyfiyyəti göstəricilərinə çatmaq;

• İlkin hissəvi satış şərtləri, kampaniyalar və endirimlər barədə müştərilərin düzgün məlumatlandırılması.

Tələblər

• Azərbaycan dilində qrammatik və leksik baxımdan səlis yazı bacarığı (rus dili biliyi üstünlükdür);

• Rəqəmsal texnika məhsullarının satışında minimum 6 ay iş təcrübəsi ;

• Effektiv yazılı ünsiyyət bacarığı, müştəri ehtiyaclarını düzgün anlama və uyğun təkliflər təqdim etmə qabiliyyəti;

• Sürətli və dəqiq yazışma aparmaq, eyni anda çoxsaylı sorğunu idarə edə bilmək bacarığı;

• Kompüter və ofis proqramları (MS Office, Google Sheets və s.) ilə sərbəst işləmə bacarığı;

• Komanda ilə əməkdaşlıq etmək və onlayn satış hədəflərinə fokuslanmaq qabiliyyəti.

İş şəraiti:

  • İş grafiki: Növbəli;
  • İş Yeri : Hibrid;
  • Rəqabət qabiliyyətli əmək haqqı.