İşin təsviri

  • Gündəlik olaraq iş planının hazırlanması (qəbul/çıxış həcmləri, prioritet sifarişlər, risklər) hazırlanması və komandaya ötürülməsi;
  • Gündəlik olaraq ərazinin monitorinq edilməsi, riskli sahələr və vəziyyət aşkar etdikdə tədbirlərin görülməsi, o cümlədən işçilərin geyim qaydasına riayət etmələrinə nəzarət edilməsi;
  • Gündəlik olaraq işçilərin davamiyyətinə, eləcə də, iş vaxtında nahar/çay, istirahət vaxtlarının balanslı şəkildə bölüşdürülməsinə nəzarət edilməsi;
  • Gündəlik olaraq iş yükünə uyğun olaraq anbar binaları arasında resurs balansının təmin edilməsi (işçi qüvvəsi, texnika, vaxt bölgüsü);
  • Gündəlik olaraq plan-fakt icrasının izlənilməsi, gecikmə risklərinin vaxtında müəyyən edilib, tədbirlər görülməsi;
  • Qapılarda yükləmə-boşaltma ardıcıllığının düzgün idarə edilməsinə nəzarət, tıxacların qarşısının alınması üçün tədbirlərin görülməsi;
  • Maşınların qəbul/yükləmə prosesində növbəliliyi, gözləmə vaxtları və qapı intizamının nəzarətdə saxlanılması;
  • Anbarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;
  • Anbar daxilində bufer zonanın, keçidlərin boş saxlanılmasına nəzarət, eləcə də, müntəzəm olaraq məhsul qalıqlarının rahat sayıla bilməsi üçün səliqəli saxlancın təmin olunması;
  • Sənəd/sistem xətalarının (yanlış SKU, yanlış lokasiya, artıq/əskik çıxış və s.) səbəbinin araşdırılması, düzəliş edilməsi üçün/əməliyyat rəhbəri ilə koordinasiyanın qurulması;
  • Zədəli, natamam, uyğunsuz məhsullar aşkarlandıqda operativ tədbirlərin görülməsi (akt, protokol, izolyasiya, foto/video qeydiyyat və s.);
  • Anbarda istifadə olunan forklift və digər yükləmə texnikasının düzgün və təhlükəsiz istifadəsinə nəzarət edilməsi;
  • Geri qaytarmalar, müvəqqəti saxlanc və s. oxşar statuslu məhsullar üçün sahə nizamının təmin edilməsi;
  • Sahə əməkdaşlarının performansının izlənilməsi, geribildirim verilməsi və inkişaf yönümlü tədbirlər üçün rəhbərliyə təkliflərin hazırlanması;
  • Gün sonunda plan/fakt, gecikmələr, uyğunsuzluqlar, açıq qalan işlər və növbəti günün planı barədə anbar rəhbərinə məruzə edilməsi;
  • İşə yeni cəlb olunan əməkdaşların təlimatlandırılması və sahə üzrə adaptasiyası işinin təşkili;
  • Rəhbərliyin tələbi ilə işə aid digər tapşırıqların icrası.

Tələblər

  • Ali təhsil (iqtisadi, idarəetmə, texniki sahələr üzrə arzu olunandır)
  • Anbar əməliyyatları və idarəetməsi üzrə nəzəri və praktiki biliklər;
  • Səlis azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür;
  • Heyətin idarə olunması üzrə nəzəri və praktiki biliklər;
  • Müvafiq sahə üzrə minimum 2 il, rəhbər vəzifədə 1 il iş təcrübəsi
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Sərbəst qərar qəbul etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Mükəmməl kommunikasiya qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
  • Təhlükəsizlik qaydaları bilikləri
  • Vaxtın düzgün idarə edilməsi