İşin təsviri
- Müştəriləri gülərüz və nəzakətli şəkildə qarşılamaq;
- Məhsullar haqqında dolğun məlumat vermək və satış prosesini həyata keçirmək;
- Kassada ödəniş əməliyyatlarını (nağd və ya kartla) düzgün aparmaq;
- Mağaza daxilində məhsulların səliqəli və düzgün yerləşdirilməsinə nəzarət etmək;
- Endirimlər, kampaniyalar və yeni məhsullar barədə məlumatlı olmaq və müştəriləri məlumatlandırmaq;
- Satış planlarının yerinə yetirilməsində aktiv iştirak etmək;
- Müştəri məmnuniyyətini qorumaq və xidmət standartlarına riayət etmək;
- Gündəlik kassa hesabatlarını düzgün və vaxtında təqdim etmək;
- Mağaza rəhbərliyinin verdiyi digər tapşırıqları icra etmək.
Tələblər
- Ünsiyyət bacarığı və pozitiv yanaşma;
- Komandada işləmə bacarığı;
- Dəqiqlik və məsuliyyətlilik;
- Azərbaycan dilini səlis bilmək (rus və ya ingilis dili arzuolunandır);
- Gülərüz, enerjili və müştəriyönümlü olmalı.
İş şəraiti:
- İş yeri: Binə filialı
- İş qrafiki: növbəli
- Əmək haqqı: Fix və dövriyyə bonusları
- Rəhbər: Mağaza müdiri