İşin təsviri
- Korporativ satış üzrə müştəri borclarının gündəlik izlənilməsi, gecikmələrin təhlil edilməsi və debitor borcların yığılması istiqamətində müştərilərlə kommunikasiya aparılması;
- Müştərilər tərəfindən təqdim olunan ləğv və düzəliş sorğularına əsasən qaimələrin hazırlanması, icrası və prosesə nəzarətin təmin edilməsi;
- Eyni cari hesab üzrə yaranmış uyğunsuzluqların araşdırılması və müvafiq düzəlişlərin aparılması;
- Riskli və problemli müştərilərlə bağlı məlumatların operativ şəkildə maliyyə şöbəsinə yönləndirilməsi;
- Uzunmüddətli gecikməsi olan və risk qrupuna daxil edilən müştərilər üzrə sənədlərin, aktların və üzləşmə sənədlərinin hazırlanaraq hüquq şöbəsinə təqdim edilməsi;
- Top müştərilər üzrə satış və təqdim edilmiş qaimələr əsasında üzləşmə hesabatlarının hazırlanması və yoxlanılması;
- Debitor borcların vəziyyəti ilə bağlı hesabatların hazırlanması və aidiyyəti şöbələrlə koordinasiyanın aparılması;
- Top müştərilər tərəfindən təqdim olunan hesabat məlumatlarının müəssisənin uçot məlumatları ilə müqayisə edilərək debitor borc qalığının üzləşdirilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
- Əmək haqqı: 900 AZN Gross
Tələblər
- Yaş həddi: 23–40 yaş;
- Ali təhsil;
- Azərbaycan dilində sərbəst danışıq və yazışma bacarığı (rus dili biliyi arzuolunandır);
- Microsoft Word və Microsoft Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
- Detallara diqqət yetirmək və çoxsaylı tapşırıqları eyni vaxtda idarə etmək bacarığı;
- Məxfilik və peşəkarlıq prinsiplərinə riayət etmək bacarığı.