İşin təsviri
- Rəqəmsal texnikaların diaqnostika və təmirinin həyata keçirilməsi;
- Aidiyyatı məhsullarla bağlı təmir tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi;
- Təmir işləri ilə bağlı şirkətdaxili qaydalara, təlimat ve prosedurlara riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi.
Tələblər
- Rəqəmsal texnikaların diaqnostika və təmiri üzrə minimum 1 il iş təcrübəsi (servis mərkəzində iş təcrübəsi arzu olunandır);
- 1C sistemindən istifadə təcrübəsi olmalıdır;
- Rus dili biliyi arzu olunandır;
- Ölçü alətləri və test cihazlarını professional səviyyədə istifadə etmək bacarığı olmalıdır;
- Müştərilərlə ünsiyyət qurma bacarığı və ünsiyyət zamanı nizam-intizam qaydalarına ciddi əməl edilməsi;
- İşində məsuliyyətli, punktual, dəqiq olmalıdır.
İş şəraiti:
- İş saatı: Dəyişkən iş qrafiki
- Əmək haqqı: 600 AZN Gross