İşin təsviri
- Sorğular əsasında təchizatçılarda virtual kateqoriyaya aid məhsulların mövcudluğunun müəyyən edilməsi və satışa cavabdeh olan instansiyalara geri bildirim verilməsi;
- Məhsul sifarişi prosesinin, onun anbardan çatdırılmasının və sorğulara uyğun olaraq müştərilərə göndərilməsinin təşkil edilməsi;
- Ödəniş planının hazırlanması və maliyyə şöbəsinə hesabatların təqdim edilməsi;
- Geri qaytarılmış və ya texniki nasaz olan məhsulların təchizatçıya sənədlə geri qaytarılmasının təmin edilməsi; maliyyə əməliyyatlarının izlənməsi;
- Saytdan hər gün “mövcud deyil” statusunda olan məhsulların silinməsi;
- Həftə ərzində təchizatçılarda mövcudluğu olmayan məhsulların statusunun yenilənməsi (mövcuddursa, sayta əlavə edilməsi);
- Təchizatçı nümayəndələri ilə sıx əlaqələrin qurulması və ERP sistemi ilə saytda aparılan dəyişiklik və yeniliklərin tətbiqinin müzakirə edilməsi;
- Təchizatçılardan gündəlik və həftəlik ehtiyat hesabatlarının qəbul edilməsi, məlumatların ERP sisteminə və sayta inteqrasiyasının dəstəklənməsi;
- Qurumlararası müzakirələr əsasında qaydaların, sxemlərin, şablonların hazırlanmasında və hesabatların tərtibində iştirak edilməsi;
- Təchizatçıların iş keyfiyyəti və ümumi konversiya haqqında gündəlik və aylıq hesabatların hazırlanması (CRM məlumatları əsasında);
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Səlis azərbaycan və rus dili biliyi;
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Məhsullar üzrə biliklər;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excel, Outlook);
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlülük;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Komanda ilə işləmə bacarığı.
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Müasir və rahat ofis şəraiti;
- Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
- Yeni bilik və bacarıqların inkişaf etdirilməsi imkanı.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq