İşin təsviri

  • Tikinti mühəndisliyi və ya əlaqədar sahədə ali təhsil;
  • Müvafiq vəzifə üzrə ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, İngilis və Rus dilləri arzuolunandır;
  • MS Office, AutoCAD proqramlarını yaxşı bilmək.

Vəzifə öhdəlikləri:

  • Layihələrdə istifadə olunan materialların keyfiyyətini yoxlamaq və podratçının müvafiq əməkdaşından layihə xüsusiyyətlərinə və keyfiyyət standartlarına uyğunluğunu tələb etmək;
  • Tikinti sahələrində həyata keçirilən işlərin keyfiyyətinə nəzarət etmək, işlərin qüvvədə olan standart və normativlərə, layihəyə uyğunluğunu təmin olunmasını tələb etmək;
  • İşlərin tamamlanmasından sonra yekun yoxlama və nəzarət prosesini həyata keçirmək;
  • İstifadə ediləcək materialların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
  • İstehsalat prosesində mütəmadi keyfiyyət yoxlamaları aparmaq və aşkar edilən uyğunsuzluqlar haqqında hesabat hazırlamaq;
  • Uyğunsuzluq hesabatlarında düzəliş və düzəldici tədbirlər təklif etmək;
  • Layihə çərçivəsində tətbiq ediləcək Keyfiyyət planına nəzarət və rəy vermək;
  • Yoxlama və sınaq planlarının hazırlanması və tətbiq olunmasını həyata keçirmək;
  • Keyfiyyətə dair iclasları təşkil etmək və rəhbərlik etmək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Bakı şəhəri;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mühəndis” yazmaqla hr@kristal.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.