İşin təsviri
- Müvafiq texniki sahə üzrə təhsil;
- Havalandırma və tüstüsovurma sistemləri üzrə texniki biliklər;
- Elektrik, mexaniki avadanlıqlar və avtomatika sistemləri barədə biliklər;
- Tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
- Obyektlərdə mütəmadi sahə yoxlamaları aparmağa hazır olmaq;
- Məsuliyyətli, diqqətli, tələbkar və operativ olmaq;
- Aşkar edilmiş risk və nöqsanları düzgün qiymətləndirmək və onların aradan qaldırılmasını izləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Havalandırma və tüstüsovurma sistemlərinin düzgün və fasiləsiz işləməsinə nəzarət etmək;
- Sistemlərin texniki baxışını, profilaktik xidmətini və təmir işlərini həyata keçirmək;
- Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Ventilyatorların, mühərriklərin, hava kanallarının, klapanların və avtomatika sistemlərinin işini yoxlamaq;
- Planlı texniki xidmət işlərini təşkil etmək və icrasına nəzarət etmək;
- Avadanlıqların texniki vəziyyəti barədə hesabatlar hazırlamaq.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri və şirkətin layihələri;
- Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Yanğın, Havalandırma və Tüstüsovurma Sistemləri üzrə Texniki Mütəxəssis” yazmaqla hr@kristal.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır