Əlaqə mərkəzi üzrə təcrübəçi

3 İyul 2025

İşin təsviri

  • Ümumi məlumat xətti və qaynar xəttə daxil olan zənglərin cavablandırılması, ehtiyac olduqda aidiyyatı istiqamətə yönləndirilməsi;
  • Şikayət və təklif xəttinə daxil olan zənglər əsasında müştəri müraciətlərinin qeydə alınması, qaynar xəttə problem, narazılıq, istək, təkliflə bağlı zəng daxil olduqda və araşdırmaya ehtiyac olduqda müraciətin qeydə alınması;
  • Çata daxil olan müraciətlərin cavablandırılması, rəsmi saytda onlayn çat bölməsinə yazan müştəri sorğularının cavablandırılması;
  • Birbaşa rəhbərlik tərəfindən təyin olunmuş tapşırıq və sorğuların icrası.

Tələblər

  • Ali təhsil;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı;
  • Yüksək səviyyədə azərbaycan dili, rus dili biliyi;
  • İngilis dili arzu olunandır;
  • Yaxşı ünsiyyət bacarığı;

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00/9:00 – 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Peşəkar inkişaf imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.