İşin təsviri
Simurq Liseyi Xalqlar filialı üçün Menecer axtarışındayıq. Namizədin bəy olması və rus dilini sərbəst bilməsi əsas şərtdir. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:
- Liseydə gündəlik idarəetməni təşkil etmək, nizam-intizamı, təhlükəsizliyi və tədris prosesinin fasiləsizliyini təmin etmək;
- Korpusa aid inzibati və təşərrüfat işlərini koordinasiya etmək;
- Müəllim və texniki heyətin iş qrafikinə nəzarət etmək;
- Sağlam, mənəvi-psixoloji iqlim və əlverişli iş şəraitini yaratmaq;
- Sağlamlıq, qidalanma, təhlükəsizlik, təlim, tədris, inkişaf, inzibati və valideynlər iş bölmələri arasında iş prosesini təşkil etmək və düzgün aparılmasına nəzarət etmək;
- Lisey komandasının ruh yüksəkliyini və motivasiyasını təmin etmək;
- Öz səlahiyəti çərçivəsində işçilərin maarifləndirilməsini aparmaq;
- Korpus daxilind’ nizam-intizam qorunmasına nəzarət etmək;
- Təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
- Fövqəladə hallarda operativ tədbirlər görmək.
Tələblər
- Sahə üzrə müvafiq ali təhsil;
- Menecer və ya oxşar sahədə iş təcrübəsi;
- Rus dili biliyi;
- 2 il iş təcrübəsi;
- Komanda ilə işləmək bacarığı;
- İdarəetmə bacarıqları.
Əmək haqqı: 1500 AZN
Ünvan: Simurq liseyi Xalqlar filialları.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.